8 C
Baku
Monday, November 18, 2024

Almaniyanın pul siyasəti onu rekord itkilərə məruz qoyur

Almaniyanın Mərkəzi Bankı – “Deutsche Bundesbank” (Bundesbank) 2023-cü ildə bankın tarixindəki ən pis nəticəni əldə edib.

İli milyardlarla kəsirlə başa vuran “Bundesbank” ciddi maliyyə problemləri olduğunu elan edib. “Bundesbank”ın rəhbəri Yoahim Nagelin sözlərinə görə, mənfəət bərpa olunsa belə, çatışmazlıqları tamamlamaq kifayət qədər çox vaxt aparacaq. 21.6 milyard avroluq kəsiri kompensasiya etmək üçün demək olar ki, bütün ehtiyatlar xərclənib. “Politika” portalının məlumatına görə, yaxın gələcəkdə Almaniya Mərkəzi Bankının maliyyə itkiləri artmağa davam edəcək.

“Bundesbank”ın prezidenti Yoahim Nagel hesab edir ki, iqtisadi problemlər hələ bir neçə il davam edəcək. “2024-cü ildə itkilərimizin hələ də əhəmiyyətli dərəcədə çox olacağını gözləyirik”, – deyə bankın prezidenti bildirib. İtkilərin səbəbləri “Bundesbank” və Avropa Mərkəzi Bankının (ECB) pul siyasətindədir. Onlar uzun illərdir ki, qiymətli kağızların satın alınması ilə məşğul olublar və beləliklə, dövlətləri və şirkətləri maliyyələşdiriblər.

ECB və Milli Mərkəzi Banklar hazırda 4.7 milyard avro dəyərində qiymətli kağızlara sahibdirlər. Bu məbləğin təkcə 1 milyardı “Bundesbank”ın payına düşür. Ancaq bu qiymətli kağızlar az faiz gətirir.

“Bundesbank”ın qızıl ehtiyatlarının təxminən 200 milyard dollar olduğu təxmin edilir ki, bu da cari bazar dəyəri ilə müqayisədə çox azdır.

MənbəAZƏRTAC
Son xəbərlər
Digər xəbərlər