Almaniyanın silah konserni olan “Rheinmetall AG” şirkəti 2024-cü ildə Ukraynada ilk zirehli texnika istehsal etmək niyyətindədir.
Bu barədə şirkətin rəhbəri Armin Papperqer bildirib.
“Müqavilə imzalandıqdan sonra biz ilk “Fuchs”u 6-7 ay ərzində, “Lynx”i isə 12-13 ay ərzində istehsalını başa çatdırmaq istəyirik”, – o qeyd edib.