8 C
Baku
Thursday, December 12, 2024

Almaniyanın təbii qaz ehtiyatları tarixi minimuma çatıb

Almaniyanın qaz anbarlarında ehtiyatların səviyyəsi 60%-dən aşağı düşərək tarixi minimuma çatıb.

Banker.az xəbər verir ki, bu barədə Almaniyanın Yeraltı Qaz Anbarları Operatorları Assosiasiyasının (INES) icraçı direktoru Sebastyan Bleşke məlumat verib.

Qeyd edək ki, dekabrın 15-də Avropada qazın qiyməti oktyabr ayından bəri ilk dəfə 1000 kubmetr üçün 1550 dolları ötüb. Daha əvvəl bildirildiyi kimi, Avropada sənaye müəssisələri enerji qiymətlərinin kəskin artması və anbarlardakı təbii qaz ehtiyatlarının tükənməsi səbəbindən fəaliyyətini dayandırıb.

“Əsl qış hələ qarşıda olduğundan, bu problemə daha ciddi yanaşmaq lazımdır. Əgər anbarlardakı ehtiyatlardan indiki kimi istifadə etsək, fevralda onların doluluq səviyyəsi çox aşağı olacaq”, – deyə Bleşke söyləyib.

2021-ci ilin payızında Avropada qazın qiyməti rekord həddə – 1000 kubmetr üçün 1969 dollara yüksəlib. Bu, Avropa anbarlarında yanacaq ehtiyatlarının çatışmazlığı səbəbindən baş verib. Qiymətlərə həmçinin Asiyada qaza tələbin yüksək olması təsir göstərib.

Avropa və ABŞ-ın bir sıra siyasətçiləri qaz bazarındakı vəziyyəti Rusiyadan tədarükün aşağı düşməsi ilə əlaqələndirirlər. Vladimir Putinin “Qazprom”dan Avropa bazarına tədarükü artırmaq təklifindən sonra yanacağın qiyməti bir qədər aşağı düşsə də, Almaniya hökumətinin “Şimal axını – 2” haqqında qərarı ilə yenidən 1550 dolları keçib.

Son xəbərlər
Digər xəbərlər