Almaniyanın Ukraynaya yardımının həcmi açıqlanıb

Almaniya ötən ilin fevralından Ukraynaya ümumilikdə 24 milyard avro dəyərində yardım edib.

Bu barədə Almaniya Kansleri Olaf Şolts bu gün Berlində keçirilən Almaniya-Ukrayna İqtisadi Forumunda çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, Berlin Ukraynadakı müharibədə Kiyevi lazım olduğu qədər dəstəkləyəcəyi ilə bağlı verdiyi vədə sadiqdir.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər