6 C
Baku
Sunday, December 15, 2024

Almaniyanın “Wintershall” şirkəti İranı tərk edib

Almaniyanın İranın neft-qaz sektorunda fəaliyyət göstərən “Wintershall” şirkəti işlərini dayandıraraq ölkəni tərk etmək qərarına gəlib.

Banker.az AzerTag-a istinadla xəbər verir ki, bu barədə şirkətin İdarə Heyətinin üzvü Martin Bahman deyib. O qeyd edib ki, şirkətə beynəlxalq maliyyə ödəmələri sisteminə çıxış lazımdır. Bu çıxış bağlandıqdan sonra İranda qalıb işləməyin mənası yoxdur.

M.Bahman bildirib ki, şirkət İranda uğurla fəaliyyət göstərirdi, hər iki tərəf qazanc əldə edirdi. Lakin sanksiyalar işlərin yarımçıq qalmasına səbəb oldu: “Biz İranı tərk etmək məcburiyyətindəyik”.

Son xəbərlər
Digər xəbərlər