Almaniya Xarici İşlər naziri Hayko Maas karantinə salınıb.
Banker.az xəbər verir ki, bu barədə Almaniya Xarici İşlər Nazirliyi məlumat yayıb.
Məlumata görə, Maas bir müddət əvvəl xarici ölkə nümayəndə heyəti ilə görüşüb. Həmin nümayəndə heyətinin üzvünün birində koronavirus aşkarlanıb.
Maasla yanaşı ölkənin Avropa İşləri üzrə dövlət naziri Mixail Rot da karantinə salınıb.
Maasın karantin dövrünü evində keçirəcəyi bildirilib.