“Ukraynanın hərbi vəsaitlərə, ilk növbədə, ağır texnikaya ehtiyacı var”.
TASS xəbər verir ki, bunu Almaniyanın xarici işlər naziri Annalena Beerbok aprelin 11-də Lüksemburqda Avropa İttifaqı ölkələri xarici işlər nazirlərinin görüşündə bildirib.
“Biz Ukrayna ilə bağlı hər gün çox dəhşətli mənzərələrin şahidi oluruq. Ukraynaya müdafiəni davam etdirmək üçün hərbi dəstək lazımdır. İndi bəhanə gətirməyin vaxtı deyil. İndi daha praqmatik və ağıllı davaranmaq zamanıdır”, – A.Beerbok qeyd edib.