1 C
Baku
Saturday, December 14, 2024

Almanlar Porsche şirkətini məhkəməyə verir

Banker.az Interfaks agentliyinə istinadən xəbər verir ki, Almaniyanın ekoloji təşkilatı olan Deutsche Umwelthilfe (DUH) Almaniyanın nəqliyyat idarəsinə Porsche şirkəti əleyhinə 110 milyon avroluq iddia təqdim ediblər.

Ekoloqlar iddia edirlər ki, şirkət Cayenne yolsuzluq avtomobillərinin ixrac etdiyi tullantılar ilə bağlı məlumatları azaldan avadanlıqdan istifadə edir.

Porsche nümayəndələri məsələ ilə bağlı şərh bildirməkdən imtina edib.

Daha əvvəl isə Porsche şirkətindən dizel mühərrikli 22 000 Cayenne yolsuzluq avtomobilini geri çağırması, həmçinin onların satışını dayandırması tələb olunmuşdu.

 

Son xəbərlər
Digər xəbərlər