5 C
Baku
Bazar ertəsi, Yanvar 24, 2022

Almatı aeroportu fəaliyyətini dayandırıb

Qazaxıstanın Almatı aeroportu fəaliyyətini dayandırıb.

Xatırladaq ki, Qazaxıstanda etiraz aksiyaları yeni ilin ilk günlərində başlayıb.

Banker.az xəbər verir ki, neft hasil edən Manqistau vilayətində yerləşən Janaozen və Aktau şəhərlərinin sakinləri avtomobillər üçün yanacaq kimi istifadə olunan maye qazın qiymətinin iki dəfə artırılmasına etiraz olaraq aksiya keçiriblər.

Yanvarın 4-ündə hökumət etirazçıların əsas tələbini yerinə yetirməyə – qazın qiymətini aşağı salınmasına hazır olduğunu bəyan edib. Buna baxmayaraq, digər şəhərlərdə də etirazlar başlayıb.

Yanvarın 5-ində səhər saatlarında Tokayev hökuməti istefaya göndərib və altı ay ərzində maye qaz və benzinin qiymətlərinin dövlət tənzimlənməsini tətbiq etməyi tapşırıb. O, həmçinin əvvəllər respublikanın ilk prezidenti Nursultan Nazarbayevin rəhbərlik etdiyi Təhlükəsizlik Şurasının rəhbəri olacağını açıqlayıb və vəziyyəti həll etmək üçün yeni tədbirlər təklif edib. Təhlükəsizlik Şurasının iclasında Tokayev bildirib ki, o, KTMT-dən “terror təhlükəsinin aradan qaldırılmasında” kömək istəyib. Təşkilatın Kollektiv Təhlükəsizlik Şurası tezliklə Qazaxıstana kollektiv sülhməramlı qüvvələrin göndərilməsi barədə qərar qəbul edib.

Son xəbərlər
Oxşar xəbərlər