Almatıda Azərbaycanla Özbəkistanın enerji əməkdaşlığının Yol Xəritəsi müzakirə edilib

Qazaxıstanın Almatı şəhərində Türk Dövlətləri Təşkilatı (TDT) enerji nazirlərinin tədbiri çərçivəsində energetika naziri Pərviz Şahbazovla Özbəkistanın energetika nazirinin birinci müavini – nazir vəzifəsini icra edən Azim Ahmedxacayev arasında görüş olub.

Energetika Nazirliyindən Banker.az-a verilən məlumata əsasən, görüşdə Azərbaycanla Özbəkistan arasında energetika sahəsində əməkdaşlığın genişləndirilməsinə dair bu ilin avqust ayında imzalanmış Yol Xəritəsinin icrasından irəli gələn məsələlər müzakirə edilib.

Həmçinin Azərbaycandan neft və neft-kimya məhsullarının nəqli, elektrik və qaz-turbin stansiyaları layihələri, eləcə də enerji tənzimləməsi məsələləri üzrə əməkdaşlığa dair fikir mübadiləsi aparılıb. 

Son xəbərlər
Digər xəbərlər