11 C
Baku
Monday, November 25, 2024

Almatıda bankomatların fəaliyyəti bərpa edilib

Almatıda bankomatların işi bərpa edilib, şəhər sakinləri iğtişaşlardan sonra pullarını nağdlaşdırmağa başlayıblar.

Banker.az xəbər verir ki, məlumata görə, müxbirlərin baş çəkdiyi bankomatların yanında həyəcan yoxdur. Hər bir aparatda üç və ya dörd nəfərdən ibarət növbə yaranıb. Eyni zamanda şəhərin mərkəzi hissəsində bir çox bankomat zədələnib.

Qeyd edək ki, yeni ilin ilk günlərindən Qazaxıstanda etiraz aksiyaları başlayıb. Neft hasil edən Manqistau vilayətində yerləşən Janaozen və Aktau şəhərlərinin sakinləri avtomobillər üçün yanacaq kimi istifadə olunan maye qazın qiymətinin iki dəfə artırılmasına etiraz olaraq aksiya keçiriblər.

Yanvarın 4-ü hökumət etirazçıların əsas tələbini yerinə yetirməyə – qazın qiymətini aşağı salınmasına hazır olduğunu bəyan edib. Buna baxmayaraq, digər şəhərlərdə də etirazlar başlayıb.

Yanvarın 5-i səhər saatlarında Tokayev hökuməti istefaya göndərib və altı ay ərzində maye qaz və benzinin qiymətlərinin dövlət tənzimlənməsini tətbiq etməyi tapşırıb. O, həmçinin əvvəllər respublikanın ilk prezidenti Nursultan Nazarbayevin rəhbərlik etdiyi Təhlükəsizlik Şurasının rəhbəri olacağını açıqlayıb və vəziyyəti həll etmək üçün yeni tədbirlər təklif edib. Təhlükəsizlik Şurasının iclasında Tokayev bildirib ki, o, KTMT-dən “terror təhlükəsinin aradan qaldırılmasında” kömək istəyib. Təşkilatın Kollektiv Təhlükəsizlik Şurası tezliklə Qazaxıstana kollektiv sülhməramlı qüvvələrin göndərilməsi barədə qərar qəbul edib.

Son xəbərlər
Digər xəbərlər