6 C
Baku
Saturday, December 14, 2024

Almatıda zirehli texnikalı hərbçilər etirazçıları mühasirəyə alıblar

Almatıda zirehli transportyorlu hərbçilər etirazçıları mühasirəyə alıblar. “Hərbçilər zirehli transportyorlar və texnikalarla Almatının mərkəzində etirazçıları mühasirəyə alıblar”, – deyə mesajda bildirilir.

Banker.az xəbər verir ki, Qazaxıstanda etiraz aksiyaları yeni ilin ilk günlərində başlayıb. Neft hasil edən Manqistau vilayətində yerləşən Janaozen və Aktau şəhərlərinin sakinləri avtomobillər üçün yanacaq kimi istifadə olunan maye qazın qiymətinin iki dəfə artırılmasına etiraz olaraq aksiya keçiriblər.

Yanvarın 4-ündə hökumət etirazçıların əsas tələbini yerinə yetirməyə – qazın qiymətini aşağı salınmasına hazır olduğunu bəyan edib. Buna baxmayaraq, digər şəhərlərdə də etirazlar başlayıb.

Yanvarın 5-ində səhər saatlarında Tokayev hökuməti istefaya göndərib və altı ay ərzində maye qaz və benzinin qiymətlərinin dövlət tənzimlənməsini tətbiq etməyi tapşırıb. O, həmçinin əvvəllər respublikanın ilk prezidenti Nursultan Nazarbayevin rəhbərlik etdiyi Təhlükəsizlik Şurasının rəhbəri olacağını açıqlayıb və vəziyyəti həll etmək üçün yeni tədbirlər təklif edib. Təhlükəsizlik Şurasının iclasında Tokayev bildirib ki, o, KTMT-dən “terror təhlükəsinin aradan qaldırılmasında” kömək istəyib. Təşkilatın Kollektiv Təhlükəsizlik Şurası tezliklə Qazaxıstana kollektiv sülhməramlı qüvvələrin göndərilməsi barədə qərar qəbul edib

Tokayev etirazçılara xəbərdarlıq edib ki, iğtişaşlarda iştirak edənlərə qarşı sərt tədbirlər görüləcək. Bütün ölkə ərazisində fövqəladə vəziyyət tətbiq edilib.

Son xəbərlər
Digər xəbərlər