18 C
Baku
Monday, April 29, 2024

Almaz necə düzəldilir?

Almaz – Moosa sərtlik şkalasında ən sərt mineraldır. Ondan daha sərt mineral yoxdur. Bununla belə, almaz – sadəcə karbondur. Kömür və qrafit kimi. Sadəcə onlardan fərqli olaraq, almazın tərkibindəki karbon atomları allotropik kub şəklini alıb.

İnsanlar almazın da kömür kimi karbon olduğunu öyrəndikdən sonra, almaz əldə etmək üçün kömür qırıntılarını sürətlə sıxışdırmağa başladılar. Bu cəhdlər mütəmadi olaraq davam etdirilirdi.

İnsanlar almazları cilalayaraq onlardan parlaq brilyantlar əldə etməyi öyrəndiyi andan etibarən saxta brilyantlar geniş yayılmağa başladı. İlk olaraq saxta brilyantlar adi şüşədən, daha sonradan isə xrustaldan hazırlanmağa başladı. Tezliklə əsl brilyantları saxta nümunələrdən fərqləndirmək çətin tapşırığa çevrildi.

1956-cı ildə General Electric şirkəti almazların uğurlu sintezi haqqında məlumat verdi. Bir neçə ildən sonra sintetik texniki almazların istehsalına böyük maraq yarandı. Bu zaman qəliz avadanlıq vasitəsilə minlərlə və milyonlarla karat istehsal edilirdi. Sintetik almazlar bir çox texnologiyanın inkişafında ayrılmaz parçaya çevrildi.

gerd

İkinci Dünya müharibəsi ərəfəsində texniki almazlar tələbat artdı. Bu zaman hər il 7 milyon karat texniki almaz istifadə olunurdu. 1970-ci ildə texnikada artıq 70 milyon karat, 1990-cı ildə isə təqribən 250 milyon karat istifadə olunmuşdu. 2010-cu ildə isə texniki almazların istehsalı 5 milyard karata qədər yüksəldi. Hazırda isə dünyada hər il təqribən 10 milyard karat sintetik texniki almaz istehsal olunur. XXI əsrin əvvəllərindən sintetik almazların istehsalı prosesinə Çin liderlik edir və ümumdünya almaz istehsalının 80%-ni idarə edir. Bununla yanaşı, 2014-cü ildə 131,1 milyon karat zərgərlik almazları əldə edilib.

Əsas olaraq kiçik almaz kristalları, almaz tozları sintez edilir. Onlardan bütün növ cilalayıcı məhlulların hazırlanmasında, həmçinin metal emalı alətlərinin istehsalında istifadə edilir. Almaz şüşəkəsənlər, açacaqlar, mişarlar, kəsici alətlər xüsusi poladdan hazırlanan analoji məhsullardan daha uzun müddət istifadəyə yarayır. Bununla yanaşı, sintetik almazların qiyməti artıq 1 karata görə 1 dollara qədər enib. Ekspertlərin qiymətləndirməsinə görə, hazırda bütün dünyada təqribən almaz sintezi ilə məşğul olan 1000 məntəqə var.

Alimlər sintetik almazların yaradılması prosesini təkmilləşdirmək üzərində hələ də çalışır. Hazırda, Çində NRHT və CVD texnologiyasını birləşdirməklə silindr və kub formasında almaz parçaları əldə edilir. Bunlar da almazdır, lakin əsl almaz kristalları ilə müqayisədə qeyri-düzgün quruluşa sahibdirlər. Lakin texnologiya olduğu yerdə dayanmır. Əminliklə iddia etmək olar ki, insan tərəfindən sintez edilən almazlar əsl almazlardan fərqlənməyəcək.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər