2 C
Baku
Tuesday, February 10, 2026

“Alphabet” 15 milyard dollar həcmində istiqraz yerləşdirməyi planlaşdırır

“Alphabet Inc.” (“Google”un ana şirkəti) dollarla ifadə olunan istiqrazların yerləşdirilməsi yolu ilə 15 milyard dollar cəlb etməyi planlaşdırır. Bu barədə mənbələrə istinadən “Bloomberg” yazır. Əməliyyat müxtəlif ödəmə müddətlərinə malik yeddi tranş istiqrazın satışını nəzərdə tutur. Ən uzunmüddətli — 2066-cı ildə ödənişi nəzərdə tutulan istiqrazlar üçün ilkin gəlirlilik göstəricisi ABŞ Xəzinədarlığının oxşar istiqrazlarının gəlirliliyindən 1,2 faiz bəndi yüksəkdir.

Dollar istiqrazları ilə yanaşı, “Alphabet” banklara İsveçrə frankı və funt sterlinq ilə ifadə olunan istiqrazların, o cümlədən 100 illik istiqrazların yerləşdirilməsini də təşkil etməyi tapşırıb, deyə “Bloomberg”in digər mənbələri bildiriblər. Yerləşdirmənin təşkilatçıları sırasında “JPMorgan Chase”, “Goldman Sachs” və “Bank of America” göstərilir.

Ötən həftə “Alphabet” rekord həcmdə — 400 milyard dollar gəlir əldə etdiyini açıqlayıb ki, bu da 2024-cü illə müqayisədə 18% çoxdur. Şirkətin xalis mənfəəti 30% artaraq 34,46 milyard dollara çatıb. Maliyyə göstəriciləri Uoll-Strit analitiklərinin gözləntilərini xeyli üstələyib. 2026-cı il üçün “Alphabet” kapital qoyuluşlarını 185 milyard dollara qədər artırmağı planlaşdırır. Bu isə 2025-ci illə müqayisədə təxminən iki dəfə çoxdur.

Son xəbərlər
Digər xəbərlər