8 C
Baku
Friday, January 9, 2026

“Alphabet” “Apple”ı geridə qoyaraq dünyanın ikinci ən dəyərli şirkəti olub

“Google”un ana şirkəti “Alphabet” bazar dəyəri baxımından “Apple”ı üçüncü yerə sıxışdıraraq dünyada ikinci ən dəyərli şirkət olub. “Bloomberg” yazır ki, bu, “Google DeepMind”ın süni intellekt yarışında “qaliblərdən biri”nə çevrildiyini göstərir.

“Apple”ın səhmləri altı gün ardıcıl ucuzlaşıb və 2026-cı il yanvarın 7-də şirkət dəyərinin təxminən 5%-ni və ya 200 milyard dolları itirərək 3,85 trilyon dollara düşüb. Həmin gün “Alphabet”in səhmləri 2,4% artıb və kapitallaşma 3,89 trilyon dollar təşkil edib.

Yanvarın 8-də fərq daha da böyüyüb: “Apple”ın səhmləri əlavə 1,2% azalarkən, “Alphabet”in səhmləri 1,1% yüksəlib. Nəticədə şirkətlərin bazar kapitallaşması müvafiq olaraq 3,8 trilyon və 3,9 trilyon dollar olub. Qeyd edək ki, “Google” 2019-cu ildən bəri ilk dəfə “Apple”ı dəyər baxımından üstələyib.

Son xəbərlər
Digər xəbərlər