12 C
Baku
Wednesday, November 20, 2024

“Alphabet” şirkəti “Wiz” kibertəhlükəsizlik startapını 23 mlrd. dollara alır

“Alphabet” (“Google”un ana şirkəti) “Wiz” kibertəhlükəsizlik startapını almaq üçün danışıqlar aparır. “Bloomberg” mənbələrə istinadən yazır ki, sövdələşmə 23 milyard dollar təşkil edə bilər ki, bu da onu “Alphabet” tarixindəki ən böyük müqaviləyə çevirəcək.

Eyni zamanda agentliyin həmsöhbətlərindən biri qeyd edib ki, hələlik razılıq əldə olunmayıb. “Reuters” agentliyi mənbəyə istinadən yazır ki, sövdələşmə yaxın gələcəkdə baş tuta bilər.

“Wiz”in alınması “Google”a bulud həlləri bazarında “Microsoft” və “Amazon”u keçməyə kömək edə bilər. “Alphabet” indi bulud biznesinə investisiyaları artırır, lakin yenə də “Microsoft” və “Amazon”dan geri qalır.

“Wiz” İsraildə yaradılıb və baş ofisi Nyu-Yorkda yerləşir. “Wiz” süni intellektdən istifadə edərək təhdidləri aşkar etmək və onlara cavab vermək üçün bulud əsaslı kibertəhlükəsizlik həlləri təqdim edir. Bu, dünyada ən sürətlə inkişaf edən proqram təminatı startaplarından biridir. “Wiz”in gəliri 2023-cü ildə təxminən 350 milyon dollar təşkil edib, bu ilin mayında isə şirkət özəl maliyyələşdirmə raundunda 1 milyard dollar cəlb edib.

Son xəbərlər
Digər xəbərlər