11 C
Baku
Monday, April 28, 2025

“Alphabet” süni intellekt infrastrukturuna $75 milyard sərmayə qoyur

“Google”un ana şirkəti “Alphabet” süni intellekt infrastrukturuna 75 milyard dollar xərcləməyi planlaşdırdığını təsdiqləyib. Holdinqin maliyyə direktoru (CFO) Anat Aşkenazi şirkətin 2025-ci ilin birinci rübündə “texniki infrastruktura” 17,2 milyard dollar xərclədiyini bildirib. O qeyd edib ki, ən böyük sərmayələr AI texnologiyaları üzərində işləyən axtarış, bulud və “DeepMind” bölmələrini dəstəkləmək üçün serverlərə, o cümlədən məlumat mərkəzlərinə qoyulub.

“Google” dünya üzrə 135 məlumat mərkəzinə sahibdir. Bununla belə, CFO etiraf edib ki, şirkət hələ də müştəri tələbatını tam ödəmək qabiliyyətinə malik deyil.

O, analitiklərə xatırladıb ki, “Google Cloud” 2024-cü ili şirkətin mövcud imkanlarını aşması ilə başa vurub. Və bu, 2025-ci ilin  birinci rübündə də təkrarlanıb. Korporativ müştərilərdən bulud və süni intellekt sifarişlərinin artacağını gözləyən “Microsoft” 2025-ci ildə infrastruktura 80 milyard dollar, “Meta” isə 60-65 milyard dollar xərcləməyi planlaşdırır.

“Alphabet” birinci rübdə illik 12% artımla 90,234 milyard dollar gəlir əldə edib. Şirkətin xalis gəliri 46% artaraq 34,54 milyard dollara və ya hər səhmə görə 2,81 dollara çatıb. “Google Cloud”un gəliri 24% artaraq 12,26 milyard dollara çatıb ki, bu da analitiklərin proqnozlarından bir qədər aşağıdır. “Google Cloud”un əməliyyat mənfəəti bir il əvvəlki 900 milyon dollardan 2,17 milyard dollara yüksəlib.

Son xəbərlər
Digər xəbərlər