24 C
Baku
Çərşənbə axşamı, Sentyabr 21, 2021

“Alphabet”in rüblük gəliri 182.5 milyard dollara çatıb

Screen Shot 2021 09 02 at 14.34.20

2020-ci ildə “Alphabet” korporasiyasının rüblük gəliri 2019-cu ilin eyni dövrü ilə müqayisədə 23% artıb.

Banker.az “TASS”a istinadən xəbər verir ki.u barədə şirkətin çərşənbə axşamı günü yayımlanan maliyyə hesabatında deyilir.

Keçən il 31 dekabrda başa çatan üç aylıq dövrün nəticələrinə görə, “Alphabet”in gəlirləri 56.8 milyard dolları, xalis mənfəəti isə 15.6 milyard dolları keçib. Xatırladaq ki, 2019-cu ilin dördüncü rübündə şirkət təxminən 46 milyard dollar gəlir və 9.2 milyard dollar xalis mənfəət əldə edib.

2020-ci ilin sonunda şirkətin gəliri 182.5 milyard dollara, xalis mənfəəti isə 41.2 milyard dollara çatıb. 2019-cu ilin birinci rübündə bu göstəricilər müvafiq olaraq 161.8 milyard dollar və 34.2 milyard dollar olub.

Bundan əlavə, “Alphabet” ilk dəfə olaraq “Google”un bulud xidmətinin maliyyə göstəricilərini açıqlayıb. 2020-ci ildə onun gəliri təxminən 13 milyard dollar, zərəri isə 5.6 milyard dollar təşkil edib.

“Google” – Amerikanın ən böyük şirkətlərindən biridir, əsasən axtarış və reklam texnologiyalarına sərmayə qoyur. Eyni zamanda, onlayn xidmətlərin və yüksək texnoloji məhsulların inkişaf etdirilməsi ilə məşğul olur. Larri Peyc və Serqey Brin tərəfindən qurulan bu şirkət 1998-ci ilin sentyabrında qeydiyyata alınıb. Hal-hazırda, “Google” “Alphabet”in bir hissəsidir. Qərargahı Mauntin-Vyuda yerləşir (Kaliforniya ştatı).

Screen Shot 2021 09 08 at 14.27.09
109,597AzarkeşlərKimi
Son xəbərlər
360 380
Oxşar xəbərlər