Alqı-satqı əməliyyatları onlayn rejimdə aparılacaq

Artıq bütün vətəndaşlar 5 yeni xidmət növü ilə yararlana biləcəklər.  Onlayn rejimdə aparılan əmlak alqı-satqı əməliyyatları  da təqdim olunan 5 xidmətdən biri olacaq. Əmlak üzrə Dövlət Komitəsi Azərbaycanda mənzillərin alqı-satqısı üzrə onlayn əməliyyatlar sistemini işə salır. Artıq mart ayından başlayaraq bütün onlayn əməliyyatları onlayn rejimdə aparmaq mümkün olacaq.

Elektron sövdələşmələr – Dövlət Komitəsinin 2014-cü ildə təklif edəcəyi 5 onlayn xidmətdən biridir. Cari ildə əmlakla bağlı alqı-satqı əməliyyatlarının bütün notarial kontorlarda onlayn rejimdə aparılması nəzərdə tutulur. Onlayn rejimi ilkin mərhələdə ikinci dərəcəli, 2015-ci ildə isə artıq birinci dərəcəli əmlak bazarında aparılan sövdələşmələr üçün mümkün olacaq.

Bəs belə orijinal üsulda aparılan əmlakla bağlı alqı-satqı əməliyyatları  vətəndaşlara nə qazandıracaq? Əlbəttə ki,  ilk növbədə belə bir xidmət vətəndaşların vaxt itkisinin azalmasına, şəffalığın daha da artırılmasına şərait yaradacaq.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər