10 C
Baku
Wednesday, November 27, 2024

“Alten Group” Mühasib və İnsan Resursları üzrə işçi axtarır – VAKANSİYA

1. Mühasib
Vəzifələri:
  • Daxil olan pul vəsaitinin, mal-material qiymətlilərinin və əsas vəsaitlərin uçotunu təşkil edir;
  • Pul vəsaitləri, mal – material qiymətliləri və əsas vəsaitlər üzrə əməliyyatların vaxtlı –    vaxtında mühasibat uçotu hesablarında əks etdirilməsini təmin edir;
  • Müəssisənin maliyyə – təsərrüfat fəaliyyətinə, xərc smetasına, məhsul satışına, işlərin görülməsinə nəzarət, o cümlədən maliyyə , hesablaşma, kredit əməliyyatlarının qanuni və vaxtında sənədləşdirilməsini təşkil edir;
  • Məhsulun (xidmətin) iqtisadi əsaslandırılmış hesabat kalkulyasiyasını, işçilərə əmək haqqının hesablanmasının düzgünlüyünü təmin edir;
  • Dövlət büdcəsinə hesablaşmaların və ödəmələrin düzgünlüyünü təmin etməli;
  • Banklara olan borclara görə ödəmələrin vaxtında yerinə yetirilməsini təmin edir;
  • Mühasibat sənədləri, ilkin sənədlər, hesablaşma və ödəmə öhdəlikləri üzrə sənədlərin düzgün sənədləşməsinə nəzarət edir;
  • Pul vəsaitlərinin, mal – material qiymətlilərinin, əsas vəsaitlərinin illik inventarizasiyasını təşkil edir, onların düzgünlüyünü təmin edir;
  • Mühasibat üçotu məlumatlarına əsaslanaraq müəssisənin maliyyə – təsərrüfat fəaliyyətinin iqtisadi analizində, təsərrüfat daxili ehtiyatların aşkar olunmasında, itkilərin aradan qaldırılması üzrə tədbirlərdə iştirak edir;
  • Mühasibat və ilkin sənədlər əsasında mühasibat hesabatlarının vaxtında tərtib olunmasını   və lazımı orqanlara göndərilməsini təmin edir;
  • Müəssisənin struktur rəhbərlərinə mühasibat uçotu, nəzarət, hesabat və iqtisadi analiz üzrə metodiki köməklik göstərir;
  • Mühasibatlıq işçilərinin müəssisənin maliyyə – təsərrüfat fəaliyyətində aktiv iştirakını təmin edir;
  • Mühasibat sənədlərinin qorunmasını təmin edir və onların təyin olunmuş qaydada arxivə verilməsini təmin edir;
  • Mühasibat balansından çatışmamazlıqların, debitor borcların və digər itkilərin düzgün silinməsini təşkil edir;
  • Mal – material qiymətlilərinin, pul vəsaitlərinin qanunsuz xərclənməsinə, maliyyə. təsərrüfat pozğunluqlarına qarşı tədbirlərdə aktiv iştirak edir;
  • Mühasibat işçilərinin nizam – intizam qaydalarına düzgün əməl etməsini təmin edir, işçilərə əmək haqqı təyin olunmasında bilavasitə iştirak edir.
Bilməlidir:
  • Mühasibat uçotu haqqında qanunvericiliyi;
  • Yuxarı təşkilatların, maliyyə – yoxlama orqanlarının təşkilatı mühasibatlıq uçotu və hesabatların tərtib olunması və həmçinin müəssisənin maliyyə – təsərrüfat fəaliyyətinə aid olan normativ və metodik, əmr, sərəncam və digər rəhbər sənədləri;
  • Maliyyə, vergi və təsərrüfat qanunvericiliyini;
  • Müəssisədə mühasibat uçotunun təşkili əsasnaməsini və təlimatlarını;
  • Maliyyə hesabatlarının forma və qaydalarını;
  • Müəssisənin təsərrüfat – maliyyə fəaliyyətinin iqtisadi analiz metodlarını;
  • Pul vəsaitlərinin, mal – materialların və başqa qiymətlilərin qəbul, mədaxil, saxlanma və xərclənmə qaydalarını;
  • Debitorlar və kreditorlarla hesablaşma qaydalarını;
  • Hüquqi və fiziki şəxslərin vergi öhdəliyi şərtlərini;
  • Pul vəsaitlərinin və mal – material qiymətlilərinin inventarlaşmasının aparılması qaydalarını;
  • Mühasibat balansını və hesabatlarının tərtib olunması qayda və müddətini;
  • Yoxlanışların aparılması qaydalarını;
Tələblər :
  • Təhsil: Ali
  • İş stajı: Müvafiq vəzifədə 5 ildən az olmayaraq
  • Dil biliyi: Azərbaycan – ə`la
  • Kompüter biliyi:MS Office. 1C. Səviyyə:Əla
Digər Tələblər
  • İş şərtləri: Rus və İngilis dili bilənlərə üstünlük verilir
  • İş günləri: həftənin 5günü.
  • İş saatları:  09:00 – 18:00-dək ;
  • Nahar şirkət tərəfindən verilir;
  • Mobil rabitə;
  • Əmək haqqı görüş zamanı müəyyən olunacaq ;

2. İnsan Resursları üzrə mütəxəssis 
Vəzifələri: 
  • İşə qəbul prosesin aparılması və namizədlərlə görüşlərin keçirilməsi;
  • İşçilərlə əmək müqavilələrinin bağlanması, əmək kitabçalarının açılması ,yazılması ;
  • DSMF –dan əməkdaşlar üçün sığorta şəhadətnamələrinin alınması.
  • İşçilərin şəxsi işlərini aparır, formalaşdırır, kadrlar üzrə carı və prespektiv planları işləyib hazırlanması;
  • Şirkətdə yaranan vakant yerlər  haqqında internet səhifələrində məlumatın yerləşdirilməsi;
  • E-Qov portalda qeydlərin aparılması;
  • İşçilərin davamiyyətinə nəzarət edilməsi, tebelin hazırlanması, davamiyyətsizlik hallarında cəzalandırma və s. tədbirlərin həyata keçirilməsi.
Bilməlidir:
  • Azərbaycan Respublikasının qüvvədə olan  Əmək qanunvericiliyini bilməlidir;
  • Kadr işləri ilə əlaqədar əsasnamə,təlimat və digər rəhbər səsnədləri.
  • Kadr işinin təşkili və hesabatların tərtibi.
  • Kadrlarla bağlı bütün sənədləşməni əmr, arayış,təqdimat, tebel və s. sənədlərinin təşkilini
  • Qanunvericiliyə əsasən məzuniyyət ,müavinət , kompensassiyaların verilməsi və ödənilməsi qaydalarını.
  • İşgüzar ünsiyyətin etikası.
Tələblər:
  • Ali təhsil;
  • İş təcrübəsi 3-5 il;
  • İş günləri : I – V günlər. İş saatları 09:00 – 18:00-dək ;
  • Nahar şirkət tərəfindən verilir;
  • Mobil rabitə;
  • Əmək haqqı görüş zamanı müəyyən olunur;

СV ( şəkil mütləqdir ) bu email-a göndərə bilərsiniz [email protected] mövzu qismində vakansiyanın adını qeyd etmək mütləqdir.
Son xəbərlər
Digər xəbərlər