18 C
Baku
Thursday, May 16, 2024

Alternativ enerji istehsalına yatırılan investisiyanın həcmi $2 trln.-a çatacaq

Cari ilin son aylarında (noyabr-dekabr) dünya bazarına neft ixrac olunmasında ciddi problemlər yarana bilər ki, bu da neftin bir barelinin 100 dollardan daha yüksək qiymətə satılmasına səbəb olar.

Beynəlxalq Enerji Agentliyinin hesabatına əsasən, qiymətin artması təklifin azalması ilə əlaqədar olacaq. Təklifin azalmasının əsas səbəbi isə geosiyasi dəyişikliklər, hava şəraiti və neft-qaz çıxarma sahəsinə investisiya yatırımının azalmasıdır. Hesabat müəllifləri bildiriblər ki, neft qaz sənayesinə investisiya yatırımının azalması 2030-cu ildə dünyanın bir sıra regionunda enerji təminatı böhranı yarada bilər.

Qeyd olunub ki, dünya enerji bazarında dönüş nöqtəsinin baş verəcəyi tarix tədricən yaxınlaşır. Yaşadığımız əsrin sonlarında alternativ və ekoloji cəhətdən təmiz enerji istehsalına yatırılan investisiyanın həcmi 50 faiz artaraq 2 trilyon dollara çatacaq ki, bu da yeni enerji epoxasının başlanğıcı olacaq.

MənbəAzərtac
Son xəbərlər
 ⁠
Digər xəbərlər