12 C
Baku
Monday, November 25, 2024

Altı ayda Şəkidə əsas kapitala 14,6 milyon manata yaxın investisiya yönəldilib

2023-cü ilin yanvar-iyun aylarında Şəki rayonunda iqtisadiyyatın inkişafı üçün bütün maliyyə mənbələri hesabına əsas kapitala 14 milyon 596,5 min manat investisiya yönəldilib. İnvestisiyaların 13 milyon 645,8 min manatı və ya 93,5 faizi tikinti-quraşdırma işlərinə sərf edilib.

Bu barədə Şəki Şəhər Statistika İdarəsindən məlumat verilib.

Bildirilib ki, istifadə edilən investisiyanın 7 milyon 143,8 min manatı və ya 48,9 faizi dövlət, 7 milyon 452,7 min manatı və ya 51,1 faizi qeyri-dövlət mülkiyyətinin payına düşüb. Altı ayda rayonda 8 milyon 163,6 min manat dəyərində əsas fondlar istifadəyə verilib.

Hesabat dövründə rayonda ümumi sahəsi 19 min 323 kvadratmetr, dəyəri 5 milyon 796,9 min manat olan 155 fərdi yaşayış evi inşa edilib. Fərdi evlərin 70-i şəhər, 85-i isə kənd ərazisindədir.

Son xəbərlər
Digər xəbərlər