24 C
Baku
Cümə, Sentyabr 17, 2021

Alüminium qiymətləri 3 ilin ən yüksək səviyyəsinə çatıb

Screen Shot 2021 09 02 at 14.34.20

Alüminium bu il  32% artaraq London Metal Birjasında ən çox yüksələn metal olub.

Banker.az xəbər verir ki, Qlobal iqtisadi canlanma alüminium qiymətlərinin artmasına təsirli olub. Digər tərəfdən, ən böyük istehsalçı olan Çinin, emissiya azaltma hədəfləri səbəbindən alüminiumun istehsalını azaldacağı gözləntisi də qiymətləri artırır.

London Metal Birjasında alüminium bir ton üçün 2629 dollara satılıb və bu gün 0.5 % artımla 2018 -ci ilin aprelindən bəri ən yüksək səviyyəyə qalxıb.

Şanxayda metal 1.4 faiz artaraq ton başına 20,705 yuan olub və 2008 -ci ildən bu yana ən yüksək səviyyəyə yüksəlib. Yamaykada isə alüminium zavodunda baş verən yanğının qiymətləri daha da artıra biləcəyi göstərir.

Screen Shot 2021 09 08 at 14.27.09
109,597AzarkeşlərKimi
Son xəbərlər
360x380 1
Oxşar xəbərlər