Alüminiumun birja qiyməti 2022-ci ilin martından bəri maksimuma çatıb

Alüminiumun birjada qiyməti səhər ticarəti zamanı ton üçün 3 546 dollaradək yüksələrək 2022-ci ilin martından bəri ən yüksək səviyyəyə çatıb. Bu barədə London Metal Exchange (LME) üzrə ticarət məlumatları göstərir.

Bakı vaxtı ilə saat 11:48-ə olan məlumata görə, alüminiumun qiyməti artım tempini bir qədər zəiflədərək ton üçün 3 498 dollara enib. Buna baxmayaraq, metal əvvəlki günün bağlanışına nisbətən hələ də artımda qalır.

“Bloomberg” daha əvvəl yazmışdı ki, mart ayında alüminiumun qiyməti 2018-ci ildən bəri minimum səviyyəyə düşüb. Martın 19-na olan məlumata görə, qiymət 8,4% azalaraq ton üçün 3 110 dollara qədər geriləmişdi. Agentlik bu enişi Yaxın Şərqdə başlayan münaqişə və regiondan metal tədarükü ilə bağlı risklərlə izah etmişdi.

Son xəbərlər
Digər xəbərlər