20 C
Baku
Tuesday, October 28, 2025

Alüminiumun qiyməti 2900 dolları keçib

Oktyabrın 28-də alüminium qiymətləri təxminən 3,5 ilin ən yüksək səviyyəsinə çatıb.

Bu barədə “LME” ticarət platformasından bildirilib.

Məlumata əsasən, Bakı vaxtı ilə saat 20:40 üçün “LME”də üç aylıq alüminium fyuçerslərinin qiyməti 0,6% artaraq bir ton üçün 2893,5 dollar təşkil edib. Ticarət sessiyası ərzində isə 2022-ci ilin may ayından bəri ən yüksək səviyyəyə, bir ton üçün 2900,3 dollara çatıb.

“Trading Economics” qeyd edib ki, qiymətlər qısa müddətdə təklifin məhdudluğu və uzun müddətdə müsbət tələb proqnozları fonunda yüksəlir.

MənbəTREND
Son xəbərlər
Digər xəbərlər