“Amazfit” şirkəti yeni ağıllı saatını təqdim edib. Model GTS 4 Mini adlanır və satışa 2022-ci ilin yayında çıxır. Qeyd olunur ki, saatın dörd rəng seçimi olacaq, qiyməti isə $120 təşkil edəcək.
Banker.az bu barədə “Kommersant”a istinadən xəbər verir.
Aksesuar 1.65 düymlük AMOLED displeyi ilə təchiz edilib, hansıki saatın üst səthinin təxminən 70%-ni tutur. Yeniliyin əsas üstünlüyü iş vaxtı sayılır. İstehsalçıya görə, saat bir yükləmə ilə 15 günə qədər işləyə bilir. Enerji qənaəti rejimində bu müddət 45 günə çatır.
GTS 4 Mini 120 növ idman fəaliyyətini izləyir (naviqasiya sensorları vasitəsilə), ürək döyüntülərini sayır və qanın oksigenlə doyma səviyyəsinə nəzarət edir. Cihaz yuxu və stress səviyyələrini izləyə bilir, həmçinin qadınların sağlamlığına nəzarət etməyə imkan verir.