23 C
Baku
Friday, September 30, 2022

“Amazon” əl ilə təmassız ödəniş cihazını təqdim edib

Amerikanın “Amazon” şirkəti alış-verişləri əl ilə təmassız olaraq etməyə imkan verən cihaz təqdim edib. Banker.az xəbər verir ki, bu barədə çərşənbə axşamı dünyanın ən böyük onlayn-reteylerin saytında yerləşdirilən mesajda deyilir.

Verilən məlumata görə, yeni cihaza Amazon One adı qoyulub. Tərtibatçı onu “mağazalarda ödəniş etmək üçün sürətli, rahat və təmassız vasitə” adlandırıb. Şirkət əlavə olaraq bildirir ki, istehlakçılar Amazon One-dan istifadə edərək Amazon Go mağazalarında da alış-veriş edə biləcəklər.

Qeydiyyatdan keçmək üçün alıcı kredit kartını cihaza taxmalı, sonra isə toxunmadan əlini cihaza yaxınlaşdırmalıdır. Bununla da, sistem kredit kartının nömrəsini yadda saxlamış olur. Verilən məlumata görə, bu prosedur bir dəqiqədən az vaxt alır və hələki yalnız Sietl şəhərində keçərlidir (Vaşinqton ştatı). Gələcəkdə alıcı mağazalara gedərkən üstündə bank kartlarını götürməli olmayacaq. “Amazon” bu texnologiyanı “yaxın aylarda” digər ticarət nöqtələrində tətbiq etməyi planlaşdırır.

Son xəbərlər
Oxşar xəbərlər