Amerika onlayn pərakəndə satıcısı “Amazon” əməkdaşların maaşlarını artırmaq, həmçinin tibbi sığorta və xidmət xərclərinə vəsait ayırmaq üçün 1 milyard dollardan çox vəsait xərcləyəcəyini açıqlayıb.
Şirkətdə bildiriblər ki, orta saatlıq əməkhaqqı 23 ABŞ dollarına qaldırılacaq, digər əlavələr nəzərə alındıqda isə 30 dollara çatacaq. Beləliklə, tam ştatla işləyən əməkdaşların illik maaşı orta hesabla 1600 dollar artacaq. Həmçinin məcburi tibbi sığorta və xidmət xərcləri həftəlik 5 dollar, əlavə könüllü xərclər isə daha 5 dollar azaldılacaq. 2026-cı ildən etibarən “Amazon” əməkdaşları tibbi sığorta və xidmət üçün 34% az ödəyəcəklər.
Hazırda şirkətdə bütün dünyada tam və qismən ştatla təxminən 1.5 milyon nəfər çalışır. Keçən ilin sonunda ABŞ-də “Amazon”un təxminən 10 min əməkdaşı əmək şəraitinin yaxşılaşdırılması və əmək müqavilələrinin yenidən nəzərdən keçirilməsi tələbi ilə tətil keçirmişdi.