“Amazon” artırılmış reallıq texnologiyalı virtual bərbərxana açıb

“Amazon” Londonda öz salonunu açıb. Şirkət burada “ən son texnologiyaları” sınamağı planlaşdırır.

Banker.az bu barədə “Vc.ru”ya istinadən xəbər verir.

Məsələn, müştərilərin fərqli saç rəngləri ilə necə görünəcəklərini təsvir edən artırılmış reallıq tətbiqi.

Bildirildiyi kimi, şirkət başqa salonlar açmağı planlaşdırmır. Londondakı bu salon məhsul və texnologiyaları nümayiş etdirən yeganə yer olacaq.

Bundan əlavə, ziyarətçilər “yaxınlaşdır və öyrən” texnologiyasından istifadə edə biləcəklər. Bu texnologiya vasitəsilə istənilən məhsul haqqında bütün məlumatları öyrənmək mümkün olacaq. QR-kodu skan etdikdən sonra alıcılar “Amazon” səhifəsinə yönləndiriləcək.

İlk başlarda virtual bərbərxana yalnız şirkətin əməkdaşları üçün əlçatan olacaq. “Yaxın həftələrdə” onun adi müştərilər üçün də əlçatan olması gözlənilir.

“The Verge” qeyd edir ki, bərbərxananın açılışı – marketinqdir. Şirkət sadəcə dəb və gözəllik sahəsindəki iddialarını nümayiş etdirməyə çalışır. Xatırladaq ki, “Amazon” Londonda “Professional Beauty Store” internet-mağazasının açılışından sonra bərbərxana açmaq qərarına gəlib.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.