12 C
Baku
Saturday, November 23, 2024

“Amazon” Asiyada bulud infrastrukturunun inkişafına $9 mlrd. sərmayə qoyur

Amerikanın “Amazon” korporasiyası növbəti beş il ərzində Asiya-Sakit Okean regionunda bulud infrastrukturunun və xidmətlərinin inkişafına təxminən 9 milyard dollar sərmayə qoyacağını açıqlayıb. İnvestisiyaların qoyulacağı yer Sinqapur olacaq.

2018-ci ildən 2023-cü ilə qədər şirkət Sinqapura artıq 8.5 milyard dollar sərmayə qoyub. Bundan əlavə, “Amazon”un bulud bölməsi “Amazon Web Services” (AWS) Sinqapur hökuməti, dövlət təşkilatları və özəl qurumlarla birlikdə xüsusi layihəyə start verdiyini elan edib.

“AWS bu xidmətlərə artan istehlakçı tələbatını ödəmək üçün bulud infrastrukturunu inkişaf etdirmək üçün Sinqapura investisiyasını ikiqat artırır”, – AWS-in ölkədəki idarəedici direktoru Priscilla Chong bildirir.

“Amazon”un Sinqapurda yeni sərmayə elanı “Microsoft”un rəhbəri Satya Nadellanın Asiya-Sakit Okean regionunda” Microsoft”un bulud xidmətlərini inkişaf etdirmək üçün Malayziyaya 2.2 milyard dollar, İndoneziyaya isə 1.7 milyard dollar sərmayə qoyduğunu elan etməsindən bir neçə gün sonraya təsadüf edir.

Son xəbərlər
Digər xəbərlər