21 C
Baku
Tuesday, April 16, 2024

“Amazon” Avropada $23 mlrd. cərimələnə bilər

Avropa Komissiyası “Amazon” şirkətinə münasibətdə antimonopoliya araşdırmasına başlayıb. Aİ-nin fikrincə, internet nəhəngi həm mal satır, həm də başqaları üçün öz platformasından istifadə etməyi təklif edir. Amerikan şirkəti 23 milyard dollara cərimələnə bilər.

Banker.az xəbər verir ki, bu haqda “Amazon” un öz rəsmi saytında deyilir

Digər şirkətlərə öz platformasından istifadə etməyi təklif edən “Amazon”, müstəqil satıcıların aktivliyi haqqında məlumatlar toplayır. Araşdırmalar göstərir ki, amerikan şirkəti bu məlumatlardan öz maraqlarına uyğun olan şəkildə istifadə edir.

Cərimənin məbləği şirkətin illik gəlirinin 10%-ni təşkil edəcək. Xatırladaq ki, 2018-ci ildə “Amazon” un gəliri 232,9 milyard dollar təşkil edib. Beləliklə, cərimənin məbləği 23 milyard dollar olacaq.

Avropanın səlahiyyətli orqanları internet nəhəngin “Buy Box” bölməsinə hansı kriteriyalar üzrə seçdiyini də yoxlamaq niyyətində olduğunu bildirib. Araşdırmanın nə qədər davam edəcəyi məlum deyil.

“Amazon” şirkəti səlahiyyətlərlə əməkdaşlıq etməyə hazır olduğunu vurğulayır.

“Amazon” ilə yanaşı “Apple”, “Facebook” və “Google” şirkətlərində də antimonopoliya araşdırmaları keçiriləcək.

Qeyd edək ki, “Amazon” un təsisçisi olan Jeff Bezos, Forbes jurnalının reytinqində birinci yer alır. Onun mülkü 131 milyard dollar təşkil edir.

Son xəbərlər
Digər xəbərlər