27 C
Baku
Monday, August 11, 2025

Amazon az gəlirli istifadəçilərə endirim təklif edir

Banker.az xəbər verir ki, Amazon şirkəti pərakəndə nəhəngi Walmart-dan az təminatlı istifadəçiləri özünə cəlb etməyə hazırlaşır.

Şirkət bunun üçün dövlət yardımı alan şəxslərə Amazon Prime üzvlüyünə endirim təklif edir. Belə istifadəçilər üçün abunə olmaq haqqı ayda 5,99 dollar təşkil edəcək. Bundan əlavə, Amazon 30 günlük pulsuz sınaq müddəti də təklif edir.

Digər istifadəçilər üçün Amazon Prime üzvlük haqqı ildə 99 dollar və yaxud ayda 10,99 dollar təşkil edir. Prime-istifadəçilərə filmlər və musiqi, sonsuz sayda şəkil saxlama, pulsuz Kindle kitablar və s. təklif edilir.

Reuters agentliyi qeyd edir ki, bununla da, Amazon şirkəti ABŞ-ın federal yardım proqramı olan  Supplemental Nutrition Assistance Program (SNAP) iştirakçılarının adətən daha çox alış-veriş etdiyi Walmart-a ciddi rəqabət təşkil edəcək.

Qeyd edək ki, Amazon və Walmart artıq uzun illərdir ki, bir-biri ilə daimi rəqabətdədir.

Son xəbərlər
Digər xəbərlər