3 C
Baku
Saturday, December 14, 2024

Amazon bir neçə yüz milyon avro cərimələnə bilər

Amazon şirkəti Lüksemburqda vergidən yayınmaya görə Avropa Komissiyası (AK) tərəfindən bir neçə yüz milyon avro həcmində cərimələnmə riski ilə üz-üzədir.

Banker.az Financial Times nəşrinə istinadən xəbər verir ki, AK yekun qərarı bir müddət sonra elan edəcək. Pul cəzasının tətbiq edilməsi qərarı Amazon şirkət ilə Lüksemburq arasında əməkdaşlığın 3 il ərzində araşdırılmasından sonra verilib.

Avropa Komissiyası daha əvvəl İrlandiyada Apple şirkətinə (13 milyard avro həcmində cərimə), Hollandiyada Starbucks, Lüksemburqda Amazon və Fiat şirkətlərinə qarşı analoji qərarlar verib. Nəşr qeyd edir ki, Lüksemburq və Amazon arasında müqavilə 2003-cü ildə bağlanıb.

Avropa Komissiyası isə öz növbəsində məsələyə şərh bildirməkdən imtina edib.

Amazon şirkəti isə ittihamları rədd edərək “Lüksemburqda fəaliyyət göstərən digər şirkətlər kimi vergi qanunlarına tabe olduğunu” iddia edir.

Son xəbərlər
Digər xəbərlər