7 C
Baku
Thursday, December 12, 2024

“Amazon” bitkoin qəbul edəcək və öz kriptovalyutasını yaradacaq

Onlayn-reteyler “Amazon” 2021-ci ilin sonuna qədər bitkoin qəbul etməyə başlayacaq, 2022-ci ilə qədər isə öz kriptovalyutasını yaradacaq.

Banker.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.

“Söhbət yalnız kriptovalyuta ödənişləri üçün həlli yollarını yaratmaqdan getmir. Bu – “Amazon”un gələcək fəaliyyət mexanizminin tamhüquqlu, müzakirə olunan və ayrılmaz hissəsidir”, – deyə mesajda bildirilir.

İnsayderin sözlərinə görə, bitkoin “Amazon”un qəbul etməyə başlayacağı səkkiz kriptovalyutadan birincisi olacaq. Növbəti mərhələdə reteyler “Ethereum”, “Cardano” və “Bitcoin cash” da qəbul edəcək.

Bununla yanaşı, şirkət öz kriptovalyutasını inkişaf etdirməyi planlaşdırır. “Native coin” ilə həyata keçirilən ödənişlərə görə alıcılara mükafat veriləcək. Bitkoinin qiyməti bu açıqlamadan sonra 13% artaraq 39 143 dollar səviyyəsinə çatıb.

Eyni zamanda “Amazon” rəqəmsal valyutalar və blokçeyn üzrə rəhbər vakansiyasını elan edib. Elanda namizədin blokçeyn və paylanmış reyestr, o cümlədən mərkəzi bankların rəqəmsal valyutaları ilə təcrübəyə sahib olmalı olduğu göstərilib. O, “Amazon”un blokçeyn fəaliyyətinin “strategiyasını” təyin edəcək.

Son xəbərlər
Digər xəbərlər