25 C
Baku
Monday, April 29, 2024

“Amazon” biznes üçün mühafizəçi robot təqdim edib – Qiyməti $2350

“Amazon” ABŞ müştəriləri üçün “Astro for Business” robotunu təqdim edib. O, müstəqil və ya uzaqdan idarəetmə vasitəsi ilə hərəkət edə bilir, həmçinin displey və gecə görmə qabiliyyətinə malik HD kamera ilə təchiz olunub.

Cihazın qiyməti 2349.99 dollardır. Bununla yanaşı, şirkət əlavə xüsusiyyətləri olan üç növ abunə təklif edir:

Ayda 60 dollara “Astro Secure” abunəliyi robota avtonom şəkildə və ya istifadəçinin seçdiyi marşrutlar üzrə hərəkət etməyə və otaqda aktivləşdirilmiş hərəkət sensorlarından məlumat almağa imkan verir. Ayda 20 dollara “Ring Protect Pro” xidməti cihazdakı yazıları 180 gün ərzində saxlamağa qoyur.

Ayda 99 dollara olan “Virtual Security Guard” robota müdaxilə edənləri, səsləri və ya digər şübhəli fəaliyyəti aşkar etdikdə bildiriş göndərməyə imkan verir. Onu istifadə etmək üçün “Ring Protect Pro” və “Astro Secure” abunəliyiniz də olmalıdır.

Xatırladaq ki, 2021-ci ildə şirkət “Astro” ev robotunu təqdim edib. O, əşyaları daşımaq, evinizə nəzarət etmək, musiqi çalmaq və s. üçün istifadə edilə bilər.

download 24

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər