23 C
Baku
Tuesday, April 23, 2024

“Amazon” Çindəki mağazasını bağlayır

“Amazon.com” şirkəti Çindəki onlayn mağazasını bağlayacaq və öz fəaliyyətini xarici malların və bulud xidmətlərinin satışına yönəldəcək.

Banker.az xəbər verir ki, bu barədə Reuters Agentliyi məlumat verir. Şirkət müştərilərinə bu barədə bildiriş göndərir.

2004-cü ildə satın alınan “Joyo.com” onlayn riteylerin əsasında 2007-ci ildə yaradılmış “Amazon.com” şirkəti, ölkə daxilində malların alınması və satılması imkanını yaratmışdır. Şirkətin bağlanmasından sonra, çinli müştərilər digər ölkələrdən gələn sorğuları qəbul edərək, riteylerin qlobal onlayn mağazasında sifarişlər verə biləcəklər.

Çinli satıcılar öz mallarını “Amazon” vasitəsilə qlobal ticarət meydançasında yerləşdirmək imkanını əldə etmiş olacaqlar. Bundan əlavə, amerikan riteyleri Çindəki “Kindle” biznesini saxlayaraq, onu daha da inkişaf elətdirmək niyyətində olduğunu qeyd edir. Çin daxilində ticarət meydançasından istifadə, “Amazon.com” üçün “JD.com” və “Tmall” şirkətlərin fonunda sərfəli olmayıb. “İResearch Global” araşdırma şirkətinin məlumatına görə, bu iki riteyler Çinin e-ticarət bazarının 82% -nə nəzarət edir.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər