19 C
Baku
Şənbə, Oktyabr 23, 2021

“Amazon” elit biznes məktəblərin məzunlarına deyil, diplomu daha “sadə” olan namizədlərə üstünlük verəcək

“Amazon” işəgötürmə prinsiplərini yenidən nəzərdən keçirməyə başlayıb. Dünyanın ən zəngin adamı olan Jeff Bezosa məxsus bu şirkət, elit biznes məktəblərin məzunlarına deyil, diplomu daha “sadə” olan namizədlərə üstünlük verəcək.

Banker.az xəbər verir ki, bu haqa “The Wall Street Journal” yazır.

Xatırladaq ki, internet-reteyler ildə 1000-dək MBA məzununu işə götürür. “Amazon” nun sözçüsü Ceysi Anderson qeyd edir ki, şirkət daha 80 MBA proqramın məzunlarını nəzərdən keçirəcək.

Şirkət işə qəbul ola biləcək namizədlərin bitirdiyi MBA məktəblərinin adlarını açıqlamır. “Amazon” nun Şimali və Cənubi Amerikada tələbə proqramlarının rəhbəri Albert Kimin sözlərinə görə, şirkət bütün namizədləri müsahibəyə dəvət edə bilməsə də, dünyanın bütün ölkələrindən olan və fərqlənən istedadları dəyərləndirəcək.

Son xəbərlər
Oxşar xəbərlər