3 C
Baku
Monday, March 4, 2024

“Amazon” Hindistana $12.7 mlrd. sərmayə qoyacaq

“Amazon” 2030-cu ilə qədər Hindistanın bulud biznesinə 12.7 milyard dollar sərmayə qoymağı planlaşdırır. Məlumata görə, şirkət bulud yaddaşı, virtual serverlər və verilənlər bazası kimi xidmətlər təqdim edən “Amazon Web Services” xidmətinin çərçivəsini genişləndirmək istəyir.

Banker.az bu barədə İnc.ru-ya istinadən xəbər verir.

2016-2022-ci illərdə “Amazon” Hindistana təxminən 3.7 milyard dollar sərmayə qoyub. Onun məlumat mərkəzləri Mumbay və Heydərabad şəhərlərində yerləşir. Yeni investisiyalar tikintiyə, serverlərə və telekommunikasiyaya xərclənəcək. Şirkət telekommunikasiya, mühəndislik və tikinti sahələrində 131.7 min işçini işlə təmin edəcək.

Biznesinə dəstək vermək üçün “Amazon” 2017-ci ildən bəri Hindistanda 4 milyondan çox insana təlim keçib. “Bloomberg” yazır ki, ölkənin bütün bulud bazarı ildə orta hesabla 23% artır. 2026-cı ilə qədər bu bazarın həcmi 13 milyard dollara çata bilər.

Hindistanın bulud texnologiyalarına təkcə “Amazon” sərmayə etmir. “Microsoft” və “Google”un da bu ölkədə məlumat mərkəzləri var.

Son xəbərlər
Digər xəbərlər