Eyni adlı onlayn mağazanın sahibi olan “Amazon” şirkəti özünün Hindistandakı biznesinin inkişafına əlavə olaraq 3 milyard dollar yatırmaq niyyətindədir.
Bununla da şirkət yatırımlarının ümumi məbləğini 5 milyard dollara çatdıracaq.
“Biz artıq Hindistanda 45 minə yaxın yeni iş yeri yaratmışıq və hələ də onun iqtisadiyyatında olduqca böyük potensial görürük”, – deyə “Amazon” şirkətinin qurucusu və rəhbəri Ceff Bezos bildirib.
Xatırladaq ki, “Amazon” şirkəti dünyada məhsul və xidmətlərinin internet üzərindən satışını həyata keçirən ən iri şirkətlərindən biridir.
Lent.az