9 C
Baku
Thursday, December 12, 2024

“Amazon” İspaniyada məlumat mərkəzlərinin genişləndirilməsinə €15.7 mlrd. sərmayə qoyur

“Amazon” İspaniyada məlumat mərkəzlərinin genişləndirməsinə 15.7 milyard avro sərmayə qoyur. Şirkətin bulud bölməsi olan “Amazon Web Services” (AWS) regionun səlahiyyətli orqanlarının dəstəyi ilə İspaniyanın Araqon şəhərində məlumat mərkəzlərini inkişaf etdirməyi planlaşdırır.

Ümumilikdə, “AWS” investisiyalarının 2033-cü ilə qədər İspaniyanın ÜDM-ə töhfəsi 21.6 milyard avro olacaq. Bulud infrastrukturunun genişləndirilməsinin 17.5 minə yaxın iş yerinin yaradılmasına səbəb olacağı gözlənilir.

Yeni investisiyalar şirkətin 2021-ci ildə elan etdiyi planı əhəmiyyətli dərəcədə genişləndirir. Növbəti illərdə “AWS” İspaniyanın məlumat mərkəzlərinə 2.5 milyard avro sərmayə qoyacağını bildirir.

Qeyd edək ki, onlayn pərakəndə satış şirkəti “Amazon.com Inc.” 2024-cü ilin birinci rübündə xalis mənfəəti üç dəfədən çox, gəliri isə 13% artırıb ki, bu da bazar gözləntilərindən daha yaxşı olub. Şirkət mətbuata açıqlamasında bildirib ki, yanvar-mart dövründə onun xalis gəliri 10.4 milyard dollar və ya hər bir səhm üçün 98 sent olub.

Son xəbərlər
Digər xəbərlər