12 C
Baku
Wednesday, December 11, 2024

“Amazon” İsrailə $7.2 mlrd. sərmayə qoyur

Texnologiya nəhəngi “Amazon” 2037-ci ilə qədər İsrailə təxminən 7.2 milyard dollar sərmayə qoymağı planlaşdırdığını bildirib, Banker.az bu barədə xarici mediaya istinadən xəbər verir. Şirkət ölkədə “Amazon Web Services” (AWS) məlumat mərkəzlərini işə salıb.

“AWS” – “Netflix”, “General Electric” və “Sony” kimi şirkətlər tərəfindən istifadə edilən bulud hesablama platformasıdır. O, “Amazon”a məxsusdur.

Şirkət genişlənmədən sonra “AWS”nin dünyanın 32 regionunda əlçatan olacağını deyib. “Amazon”un məlumatına görə, onun İsrailə investisiyası ölkənin ümumi daxili məhsuluna təxminən 13.9 milyard dollar gətirəcək.

“Amazon” telekommunikasiya, mühəndislik və tikinti sahələrində 131.7 min işçi işlədəcək. 2017-ci ildən bəri şirkət Hindistanda 4 milyondan çox insana biznesini dəstəkləmək üçün təlim keçib.

Son xəbərlər
Digər xəbərlər