3 C
Baku
Bazar ertəsi, Yanvar 17, 2022

“Amazon” İtaliyada böyük məbləğdə cərimə olunub

ABŞ-ın internet-ticarəti üzrə nəhəng şirkəti olan “Amazon” İtaliyada 1 milyard avrodan çox məbləğə cərimə olunub.

TASS xəbər verir ki, bu barədə qərar Avropa İttifaqının fəaliyyəti haqqında müqavilənin 102-ci maddəsinin pozulması ittihamı ilə ölkənin antiinhisar bazar tənzimləyicisi tərəfindən qəbul edilib. Bu maddə bazarda hakim mövqeyə malik şirkətlərin sui-istifadə hallarına yol verməməsinə yönəlib.

İddiaya görə, “Amazon” şirkəti öz mövqeyindən istifadə edəcək logistika xidmətlərinin təşviqi ilə məşğuldur. Bununla da şirkət elektron ticarət sahəsində xidmət göstərən rəqib operatorlara zərər vurur.

Xatırladaq ki, bu, “Amazon” şirkətinin İtaliyada cərimələndiyi ilk hal deyil. Belə ki, noyabr ayının sonlarında şirkət rəqabət normalarının pozulmasında görə 68,7 milyon avro məbləğində cərimə olunub.

Son xəbərlər
Oxşar xəbərlər