Online pərakəndə şirkəti olan Amazon 2017-ci ildə ABŞ-da kassasız xidmət göstərən ilk mağazanın açılacağını elan etdi. İlk Amazon Go mağazası Sietl-də yaradılacaq.
Mağaza xüsusi veb-texnologiya əsasında işləyəcək. Müştəri mağaza ərazisinə daxil olmaq üçün lazımi tətbiqetməni yükləməli, mağazaya daxil olduqda isə telefonlarını turniketə yaxınlaşdırmalıdır. Ötürücü sistem alıcının rəfdən hansı məhsulu götürdüyünü izləyəcək və onu virtual zənbilə əlavə edəcək.
Amazon Go mağazasında alış-verişin hesabı müştərinin mobil cihazı ilə əlaqələndirilmiş bank kartının köməkliyi ilə avtomatik olaraq ödəniləcək.
Qeyd edək ki, 2015-ci ildə nəhəng Amazon şirkətinin 20 yaşı tamam oldu. 2016-cı ilin ikinci rübündə şirkətin gəliri 857 milyon dollara çatdı ki, bu da 2015-ci ilin analoji dövründə qeydə alınan göstəricidən (92 milyon dollar) 800% çoxdur.