7 C
Baku
Wednesday, November 6, 2024

Amazon kredit kartları buraxacaq

Amazon şirkəti daimi müştəriləri üçün yeni kredit kartlarının buraxılmasının köməkliyi ilə satışları artırmaq niyyətindədir.

Online pərakəndə ilə məşğul olan şirkət Amazon Prime proqramının üzvləri üçün yeni kartını təqdim edib. Bu karta sahib olmaqla Amazon.com-dan edilən bütün alış-verişlərə 5%-lik endirim əldə etmək mümkündür. Bu kredit kartı J.P. Morgan Chase & Co bankı tərəfindən buraxılıb və Visa Inc. loqotipi ilə təmin edilib. Kart sahibləri ondan istifadəyə və ölkə xaricinə istiqamətlənmiş əməliyyatlara görə illik komissiya haqqı ödəməli olmayacaqlar.

Şirkətin proqnozlarına əsasən, bu kredit kartları Amazon müştəriləri arasında çox populyar olacaq. Çünki onları etdikləri alış-verişlərə görə bonuslar gözləyir.

Şirkət Amazon Prime proqramının üzvlərinin sayı haqqında məlumat verməkdən imtina edir. Proqrama üzvlük haqqı isə illik 99 dollar təşkil edir.

Amazon prime – şirkət müştəriləri üçün geniş miqyaslı proqramdır və nəinki məhsul və çatdırılma üçün endirimlər, həmçinin Amazon Video və yaxud Amazon Library kimi xidmətlərdən istifadə zamanı sərfəli güzəştlər də təklif edir.

 

Son xəbərlər
Digər xəbərlər