20 C
Baku
Thursday, October 23, 2025

“Amazon” kuryerlər üçün “ağıllı” eynəklər təqdim edib — Onlar lazım olan bağlamaları tapmağa və ünvana kimi marşrut qurmağa kömək edir

“Amazon” kuryerlər üçün “ağıllı” eynəklər təqdim edib. Bu “ağıllı” eynəklər “Amelia” adlanır, “The Verge” yazır. Şirkətin açıqlamasına görə, onlar “Amazon” kuryerlərinə furqon daxilində lazım olan bağlamanı tapmağa, müştərinin evinə və ya mənzilinə addım-addım marşrut göstərməyə və çatdırılmanı təsdiqləmək üçün foto çəkməyə imkan verəcək.

Məlumata əsasən, eynəklər dəyişdirilə bilən akkumulyator və təcili yardım düyməsi olan bir jiletlə əlaqələndiriləcək. Bundan əlavə, eynəklər fotoxrom linzalarla təchiz edilib — günəşdə qaralır, kölgədə isə şəffaflaşır.

image 2025 10 23T132717.207

Amazon yeni cihazın satışa çıxma tarixini açıqlamayıb, lakin Şimali Amerikada şirkətin “yüzlərlə” kuryerinin artıq ağıllı eynəkləri sınaqdan keçirdiyini bildirib. “Amelia” satışa çıxana qədər şirkət eynəklərə süni intellekt funksiyası əlavə etməyi planlaşdırır. Məsələn, real vaxtda səhvlərin aşkar edilməsi yeniliyi kuryerə bağlamanı yanlış yerdə qoyduğunu bildirəcək.

“Amazon”un “ağıllı” eynəkləri barədə ilk dəfə 2024-cü ilin noyabrında “Reuters” yazmışdı. Nəşr qeyd edirdi ki, cihazın hazırlanması “illər” tələb edə bilər, çünki həm yüngül, həm də bütün iş növbəsi ərzində işləyə biləcək akkumulyatorun yaradılması çətinlik yaradır.

Son xəbərlər
Digər xəbərlər