“Amazon” “Metro-Goldwyn-Mayer” kinostudiyasını almaq üçün danışıqlar aparır

“Amazon” şirkəti “Metro-Goldwyn-Mayer” kinostudiyasını almaq üçün danışıqıar aparır. Bildirildiyi kimi, müqavilənin dəyəri 9 milyard dollar təşkil edə bilər. Banker.az “Vc.ru”ya istinadən xəbər verir ki, bu barədə mənbələrə istinadən “The information” yazıb.

Nəşrin verdiyi məlumata görə, müqavilə sayəsində “Amazon” şirkəti “Amazon Studios” studiyasını, o cümlədən “Prime Video” və “IMDB” xidmətlərini gücləndirəcək.

“Metro-Goldwyn-Mayer” – Amerikanın ən böyük kinostudiyalarından biridir. 2020-ci ilin dekabr ayında “The Wall Street Journal” onun alıcı axtardığını yazıb. Studiya pandemiya dövründə xərcləri azaltmağa kömək edəcək striminq xidmətinə sahib olmadığı üçün çıxılmaz vəziyyətə düşüb

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər