12 C
Baku
Saturday, November 23, 2024

“Amazon” monopoliyaya görə məhkəməyə verilib

ABŞ Federal Ticarət Komissiyası və ölkənin 17 ştatının prokurorları Amazona qarşı iddia qaldırıb.

İddiaçılar şirkəti inhisarçı kimi fəaliyyət göstərməkdə, inhisar üstünlüyünü qanunsuz saxlamaq üçün rəqabətə zidd və ədalətsiz strategiyalardan istifadə etməkdə ittiham edirlər.

Belə ki, “Amazon” məhsulların özünün təklif etdiyi qiymətlərdən aşağı qiymətə satılmasının qarşısını almağa çalışır. Əgər şirkət bu qiymətlərlə əşyalar aşkar edərsə, həmin əşyaların satıcısı Amazonun məhsul axtarış nəticələrinin dərinliklərində gizlənir və mahiyyətcə görünməz olur.

İddiaçılar həmçinin “Amazon”u məhsul axtarış nəticələrini promosyon təkliflərindən dəqiq ayırmamaqla və axtarış nəticələrində üçüncü tərəf satıcılarının təkliflərindən üstün tutmaqla istehlakçıları çaşdırmaqda ittiham edirlər.

Şikayətçilər məhkəmədən “Amazon”un hərəkətlərini monopoliya kimi tanıyaraq iddialarını dəstəkləməsini və bunun qarşısını almaq üçün tədbirlər görməsini xahiş edirlər.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər