8 C
Baku
Wednesday, December 4, 2024

“Amazon” öz süni intellekt çiplərindən istifadə edərək superkompüter hazırlayır

Amerikanın “Amazon” şirkəti dünən, dekabrın 3-də süni intellekt (AI) texnologiyaları ilə işləmək üçün xüsusi olaraq hazırlanmış öz superkompüterinin yaradılmasını elan edib. “UltraCluster” adlanan cihaz “Amazon”un “Trainium2” çipləri ilə təchiz ediləcək.

Şirkət 2025-ci ildə yeni superkompüter buraxmağı planlaşdırır. “UltraCluster” superkompüterinin əsas tətbiqi müxtəlif süni intellekt modellərinin, o cümlədən onlayn ticarətdə iş, müştəri xidməti, “Amazon Web Services” (AWS) bulud platformasının idarə edilməsi və s. sahələrdə olacaq.

Amerika mediası qeyd edir ki, öz istehsalı olan çiplərdə belə cihazların yaradılması “Amazon”a hazırda bu bazarda üstünlük təşkil edən “Nvidia”nın süni intellekt çiplərindən asılılığını azaltmağa kömək edəcək.

Son xəbərlər
Digər xəbərlər