20 C
Baku
Bazar ertəsi, May 23, 2022

“Amazon” peyk internet şəbəkəsinin inkişafına vəsait yatırır

“Amazon.com Inc.” peyk internet şəbəkəsinin inkişafına külli miqdarda vəsait yatıracaq.

İlon Mask tərəfindən irəli sürülən “Starlink” layihəsinə alternativ kimi düşünülən bu layihə çərçivəsində “Amazon” “Arianaspace”, “United Launch Alliance” (ULA), “Blue Origin” kimi aerokosmik şirkətlərlə müqavilə imzalayıb. Belə ki, qarşıdakı 5 il ərzində Yer kürəsi ətrafında orbitə internet peykləri çıxarmaq üçün bütövlükdə 83 daşıyıcı raket tətbiq etmək nəzərdə tutulur.

Azı 10 milyard dollar vəsait yatırılacaq layihə çərçivəsində həm adi istifadəçilər, həm də işgüzar və dövlət qurumları üçün yüksək sürətli internet şəbəkəsi yaratmaq hədəflənir.

Qeyd edək ki, rəqib “Starlink” layihəsi çərçivəsində artıq 2 mindən artıq peyk buraxılıb.

Son xəbərlər
Oxşar xəbərlər