22 C
Baku
Thursday, April 18, 2024

“Amazon” peyk internetinə azı 10 milyard dollar xərcləyəcək

“Amazon” şirkəti Kuiper adlı peyk internetinə 10 milyard ABŞ dollarından çox vəsait ayıracaq.

Bu barədə “CNBC” kanalı şirkətin böyük vitse-prezidenti Deyv Limpin açıqlamasına istinadən məlumat yayıb.

“Genişzolaqlı internetin  mövcud olmadığı yerlər hələ çoxdur. Kuiper onu dəyişdirəcək”-deyə, o bildirib.

Bunun üçün “Amazon”  3 236 peykini orbitə çıxaracaq. Yerləşdirmə beş mərhələdə həyata keçiriləcək, xidmət 578 peykin kosmosa buraxılmasından başlayacaq.

Şəbəkə 56 dərəcə şimal enindən 56 dərəcə cənub eninə qədər olan əraziləri əhatə edəcək ki, burada Yer kürəsinin təxminən 95% əhalisi yaşayır.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər